
Çin minalardan təmizləmə işində Azərbaycana kömək edəcək
Pekin və Bakı Çin və Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlığın yaradılması haqqında bəyanat imzalayıblar. Sənəd çərçivəsində tərəflər təhlükəsizlik məsələlərində əməkdaşlıq edəcəklər. Xüsusən də Çin minalardan təmizləmə ilə bağlı Azərbaycana yardımını davam etdirəcək.
“Tərəflər humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayır, bu baxımdan Azərbaycan tərəfi Çin tərəfinin Azərbaycanın minatəmizləmə işinə dəstəyini yüksək qiymətləndirir”, - deyə bəyanatda bildirilir.
Qeyd olunur ki, Pekin lazımi texniki resursları təmin etməklə Azərbaycanın işğaldan azad edilmiş ərazisində minalardan təmizləmə işlərinə dəstəyini davam etdirəcək.
Bakı və Pekin hüquq-mühafizə orqanlarında, cinayətkarlıqla mübarizədə və kibertəhlükəsizliyi gücləndirməkdə də fəal əməkdaşlıq edəcəklər.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev Çində dövlət səfərindədir. Ölkə rəhbəri Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşüb.
Oxuməni.az