İran limanında baş verən partlayış nəticəsində 6 nəfər itkin düşüb

İran limanında baş verən partlayış nəticəsində 6 nəfər itkin düşüb

27 Aprel 14:45
Bəyəndim (0) Bəyənmədim (0)


Asriran xəbər verir ki, İranın Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində 6 nəfər itkin düşüb. Ən azı daha 8 nəfər həlak olub. Qurbanların sayı 750 nəfərə çatıb.

Bəndər Abbas şəhərindəki limanda partlayış yerli vaxtla saat 12:20-də baş verib. Bir neçə kilometr radiusda olan binalara ziyan dəyib. Limanın fəaliyyəti dayandırılıb.

İranın gömrük xidməti partlayışın kimyəvi maddələr anbarında baş verdiyini bildirib. Ölkə hökuməti bunun dəqiq səbəblərinin hələ məlum olmadığını bildirib.
Əziz Mustafa, Oxuməni.az