ABŞ administrasiyası KXDR ilə dialoq ideyasını müzakirə edir

ABŞ administrasiyası KXDR ilə dialoq ideyasını müzakirə edir

07:48
Bəyəndim (3) Bəyənmədim (0)

ABŞ administrasiyası KXDR ilə dialoqun bərpası ideyası ilə bağlı daxili məsləhətləşmələr aparır, Axios portalı mənbələrə istinadən xəbər verir.

Məqalədə deyilir: “Tramp administrasiyası həm ölkə daxilində, həm də dəvət olunmuş ekspertlərlə KXDR ilə dialoqun bərpası variantları barədə sakitcə müzakirələr aparır.

"Biz KXDR-in bu gün mövqeyinin nə olduğunu müəyyən etməyə çalışırıq. Son dörd ildə çox şey dəyişib. Biz vəziyyəti qiymətləndiririk, müxtəlif fəaliyyət variantlarını, o cümlədən təmasların bərpası variantını müzakirə edirik", - Axios Ağ Evin adının açıqlanmayan yüksək rütbəli rəsmisindən sitat gətirir.

Eyni zamanda portal vurğulayır ki, hazırda KXDR Tramp üçün beynəlxalq arenada prioritet deyil.

Əziz Mustafa. Oxuməni.az