
Gələn həftə Ukraynada müharibənin sona çatması üçün həlledici olacaq
ABŞ dövlət katibi Marko Rubio deyib ki, gələn həftə Ukraynada müharibəyə son qoymaq üçün razılığın əldə olunmasında kritik olacaq. Bu barədə Clash Report xəbər verir.
"Düşünürəm ki, bu, çox vacib bir həftə olacaq. Bu, həqiqətən də vacib həftə olacaq ki, biz bunu davam etdirmək istəyirik, yoxsa bəzi hallarda eyni dərəcədə vacib və ya daha vacib olan bəzi digər məsələlərə diqqət yetirməyin vaxtı çatıb. Lakin biz bunu reallaşdırmaq istəyirik", - dövlət katibi NBC News-a bildirib.
O əlavə edib ki, nikbinlik üçün səbəblər var, eyni zamanda realist olmaq üçün də səbəblər var.
"Biz yaxınıq, lakin kifayət qədər yaxın deyilik" dedi Rubio.
Xatırladaq ki, dünən ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Vladimir Zelenski Vatikanda Papa Fransiskin dəfn mərasimində görüşüblər. Vida mərasimindən əvvəl onlar təkbətək danışıqlar aparıblar.
Əziz Mustafa. Oxuməni.az