
Netanyahu İranın tamamilə tərksilah edilməsini istəyir
İsrailin baş naziri Benyamin Netanyahu əmindir ki, ABŞ-ın İranla əldə edəcəyi istənilən nüvə sazişi Yaxın Şərq ölkəsinin nüvə infrastrukturunun tamamilə sökülməsini əhatə etməlidir. Bu barədə Reuters agentliyi xəbər verir.
Hökumət başçısının sözlərinə görə, yeganə "yaxşı sövdələşmə" Liviyanın Qərblə nüvə, kimyəvi, bioloji və raket proqramlarından imtina edərək 2003-cü ildə bağladığı müqaviləyə bənzər "bütün infrastrukturu" aradan qaldıran razılaşma ola bilər.
İsrail rəsmiləri uzun müddətdir ki, Tehranın nüvə silahı əldə etməsinin qarşısını alacaqlarına söz veriblər və Netanyahu bu iddianı təkrarlayıb.
Bazar günü, aprelin 27-də Netanyahu deyib: "Mən Trampa dedim ki, İranla əldə edilən istənilən nüvə sazişi Tehranın ballistik raketlər hazırlamasına da mane olmalıdır. Biz ABŞ-la sıx təmasdayıq. Amma mən dedim ki, bu və ya digər şəkildə İranın nüvə silahı olmayacaq".
Reuters-in məlumatına görə, ABŞ hələlik belə bir əməliyyatı dəstəkləməyə hazır olmasa da, Qüds yaxın aylarda İranın nüvə obyektlərinə hücumu istisna etmir.
Əziz Mustafa, Oxuməni.az