Brüssel Tbilisiyə Avropa dəyərlərini xatırladıb

Brüssel Tbilisiyə Avropa dəyərlərini xatırladıb

08:40
Bəyəndim (1) Bəyənmədim (0)

Gürcüstanın Avropa perspektivi Aİ dəyərlərinə hörmətlə bağlıdır və bu, müzakirə mövzusu deyil, Aİ-nin diplomatiya rəhbəri Kaja Kallasın rəsmi nümayəndəsi Anitta Hipper bildirib.

"Gürcüstan hakimiyyəti Avropa İttifaqına və onun dəyərlərinə qarşı çıxış edib. Biz bu ittihamları tamamilə rədd edirik. O ki qaldı Gürcüstanın Avropa İttifaqına qoşulması prosesinə və bununla bağlı viza liberallaşmasına, Aİ dəyərləri müzakirə mövzusu deyil", - sözçü bazar ertəsi Brüsseldə bu məsələ ilə bağlı sualı cavablandırarkən deyib.

Gürcüstanda son vaxtlar Brüsseldə tənqid edilən bir sıra qanunları şərh edərək, o qeyd edib ki, Aİ namizəd ölkədən öz hakimiyyətinin “Avropa İttifaqının dəyərlərinə zidd olan qanunları qəbul etməkdən çəkinməsini” təmin etməyi gözləyir. Hipperin sözlərinə görə, bütün bu kimi tədbirlər Gürcüstanı Avropa İttifaqına daxil olmaq yolundan uzaqlaşdırır.

“Aİ azadlıq və demokratiya, söz azadlığı və Avropa İttifaqına mümkün üzvlük uğrunda mübarizədə böyük cəsarət nümayiş etdirmiş gürcü xalqının, vətəndaş cəmiyyətinin, siyasi müxalifətin yanındadır”, - deyə nümayəndə Kallas bildirib.

Əziz Mustafa, Oxuməni.az