Avropa Məhkəməsi Maltaya “qızıl pasport” proqramını dayandırmağı əmr edib

Avropa Məhkəməsi Maltaya “qızıl pasport” proqramını dayandırmağı əmr edib

08:54
Bəyəndim (2) Bəyənmədim (0)

Avropa Ədalət Məhkəməsi Maltanın "qızıl pasport" proqramının Aİ qanunlarına zidd olduğu qənaətinə gəlib və ölkəyə onu dayandırmağı əmr edib. Aİ-yə üzv dövlətin əvvəlcədən müəyyən edilmiş ödənişlər və ya sərmayələr müqabilində vətəndaşlığını vermək hüququ yoxdur, ən yüksək məhkəmə qərar verib.

"Üzv dövlət əvvəlcədən müəyyən edilmiş ödənişlər və ya sərmayələr müqabilində vətəndaşlıq və əslində Avropa vətəndaşlığı verə bilməz, çünki bu, vətəndaşlığın əldə edilməsini sadəcə kommersiya əməliyyatına çevirmək deməkdir", - məhkəmə bildirib.

Məhkəmənin qərarı birbaşa olaraq “qızıl pasport” sxeminə son qoymur, lakin Avropa Komissiyasına adanın hakimiyyət orqanlarından proqramı bağlamağı və ya köklü şəkildə yenidən nəzərdən keçirməyi tələb etməyə əsas verir.

2023-cü ildə Avropa Komissiyası Maltanın investisiya proqramı ilə vətəndaşlığı ilə bağlı məhkəmələrdə iddia qaldırıb. Brüssel hesab edir ki, pasport satışı sxemi Aİ-yə üzv dövlətlər arasında qarşılıqlı etimad prinsipinə əsaslanan “Aİ vətəndaşlığının mahiyyətini” təhdid edir. Malta vətəndaşlığını əldə etmək insanlara istənilən Aİ ölkəsində yaşamaq və işləmək imkanı, həmçinin Avropa seçkilərində səs vermək hüququ verir.

Brüsselin təsiri ilə Bolqarıstan və Kipr artıq oxşar proqramları dayandırıb. Avropa Komissiyası təkid edib ki, bu cür mexanizmlər korrupsiya, çirkli pulların yuyulması və vergidən yayınma hallarını asanlaşdırır. Malta 2020-ci ildə proqramında islahatlar apararaq, vətəndaşlıq üçün müraciət edənlərin yoxlanılması prosesini sərtləşdirdi, lakin bu, Avropa hakimiyyətini qane etmədi.

Malta 2013-cü ilin sonunda investisiya proqramı ilə vətəndaşlığa başlayıb. Malta vətəndaşlığının alınması Avropa İttifaqı daxilində sərbəst hərəkət etmək hüququ verir.

Əziz Mustafa, Oxuməni.az