Aİ ölkələri Rusiyaya qarşı sanksiyaların 17-ci paketini razılaşdırır

Aİ ölkələri Rusiyaya qarşı sanksiyaların 17-ci paketini razılaşdırır

18:17
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa İttifaqının (Aİ) Daimi Nümayəndələr Komitəsinin (COREPER) bazar ertəsi günü keçirilən iclasının gündəliyinə əsasən, Aİ ölkələri Rusiyaya qarşı 17-ci sanksiyalar paketi üzərində müzakirələrə və onu razılaşdırmağa başlayıb.

Sənəddə deyilir: “Səfirlər Ukraynanın ərazi bütövlüyü və suverenliyinə xələl gətirdiyinə görə Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirləri nəzərdən keçirəcəklər”.

AZƏRTAC xəbər verir ki, Avropa Komissiyası (AK) ötən həftə 17-ci sanksiyalar paketini İttifaq ölkələrinə təqdim edib. “Bloomberg”in daha əvvəl xəbər verdiyi kimi, AK Qərbin qiymət tavanlarını təyin etmək cəhdlərinə məhəl qoymayaraq Rusiya neftini daşıyan 60 şəxs və təşkilatı, habelə 150 tankeri qara siyahıya salmağı təklif edir.

AK bu paketi Aİ xarici işlər nazirlərinin mayın 20-də keçiriləcək iclasında təsdiq etməyə çalışacaq.

Oxuməni.az