Norveç vəd edilmiş bütün F-16-ların Ukraynaya təhvil verilməsini təsdiqləyir

Norveç vəd edilmiş bütün F-16-ların Ukraynaya təhvil verilməsini təsdiqləyir

12:33
Bəyəndim (4) Bəyənmədim (0)

Norveç vəd etdiyi bütün F-16 qırıcılarının tədarükünü 2025-ci ilin sonuna qədər başa çatdırmağı planlaşdırır, lakin artıq Ukraynaya neçə təyyarə verdiyini açıqlamayıb. Bu barədə RBC-Ukrayna NRK-ya istinadən Norveçin müdafiə naziri Tore O.Sandvikə istinadən məlumat yayıb.

Müdafiə Nazirliyinin rəhbəri təsdiqləyib ki, ölkə Norveç hökumətinin ötən il Ukraynaya vəd etdiyi bütün F-16-ları tədarük etməyi planlaşdırır. Sandvik qeyd edib ki, "bəzi təyyarələr" artıq Kiyevə göndərilib, qalan tədarüklərin isə 2025-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır. Lakin nazir onların təhlükəsizliyi üçün tədarüklərin təfərrüatlarına varmayıb.

"Norveç F-16-larının təhvil verilməsi qrafikə uyğun olaraq davam edir, lakin Ukrayna əməliyyatlarının təhlükəsizliyi baxımından və Ukrayna tərəfi ilə məsləhətləşmələrdən sonra biz təhvil verilən təyyarələrin sayını açıqlamırıq", - Sandvik qeyd edib.

Eyni zamanda, Müdafiə Nazirliyinin rəhbəri Norveçin Ukraynanın hava hücumundan müdafiə qüvvələrinə dəstəyini xatırladıb - ötən il hökumət əlavə olaraq 1,3 milyard kron ayırıb.

Əziz Mustafa, Oxuməni.az