
Pistorus NATO-nu Rusiyanın gələcək hücumuna hazırlaşmağa çağırıb
Almaniyanın müdafiə naziri Boris Pistorius deyib ki, Rusiya diktatoru Vladimir Putin hələ də sülh istəmir. O, ehtiyatda olan əsgərlərin sayını artırmağa və 2030-cu illərdə Moskvanın NATO-ya hücumuna hazır olmağa çağırıb. Bu barədə Almaniya Müdafiə Nazirliyinin rəhbəri “Frankfurter Allgemeine Zeitung” nəşrinə müsahibəsində bildirib.
"Biz Rusiyadan gələn təhlükənin səviyyəsini - 2030-cu illərin əvvəlini başa düşürük. Bu, o demək deyil ki, onlar bunu mütləq edəcəklər. Amma o vaxta qədər kazarmalar, təlimatçılar və silahlar artıq hazır olmalıdır", - Pistorius jurnalistlərə bildirib.
Almaniyanın müdafiə naziri qeyd edib ki, ukraynalılar onun ölkəsinin köməyini çox yüksək qiymətləndirirlər. O, IRIS-T kimi sistemlərin hər gün həyatını xilas etdiyini vurğulayıb.
"Putin bizim hərəkətlərimizin miqyasını və təslim olmadığımızı çox gözəl anlayır. Yeni koalisiyanın dəqiq göstərişi var - dayanmamaq. Amma Bundestaqda büdcə müzakirələri başlamazdan əvvəl konkret rəqəmləri açıqlamayacağıq - bu, qeyri-ciddilik olardı",-deyə o bəyan edib..
Əziz Mustafa, Oxuməni.az