
Özbəkləri ABŞ və Yaponiyaya göndərəcəyini vəd edənlər saxlanılıb
Daşkənddə Özbəkistan vətəndaşlarının xaricə qanunsuz göndərilməsinə iki cəhdin qarşısı alınıb, Baş Prokurorluq yanında İqtisadi Cinayətlərə Qarşı Mübarizə İdarəsinin mətbuat xidməti məlumat yayıb.
İdarədən verilən məlumata görə, vətəndaş ZH. A. Yunusabad rayonunda 22,5 min dollar alarkən saxlanılıb. Bu məbləğ müqabilində o, iki həmyerlisinə ABŞ-da yaşayan qohumunun köməkliyi ilə Meksika və Avropa ölkələrindən keçməklə ABŞ-a getmək üçün viza almaqda köməklik göstərəcəyini vəd edib.
Bektemir rayonunda S.N. iki vətəndaşdan Yaponiyada işləmələrini təşkil edəcəyinə görə 2000 dollar alan saxlanılıb.
Bu faktlar əsasında Cinayət Məcəlləsinin 168-ci (dələduzluq) və 211-ci (28-ci (rüşvət almada şəriklik)) maddələri ilə cinayət işi başlanıb.
Bundan əvvəl 150 min dollar müqabilində bir əcnəbi ailəsini ABŞ-a göndərəcəyini vəd edən Səmərqənd sakininin saxlanıldığı bildirilirdi.
Əziz Mustafa, Oxuməni.az