“O, odla oynayır”: Tramp Putini “çox pis şeylərlə” hədələyir

“O, odla oynayır”: Tramp Putini “çox pis şeylərlə” hədələyir

28 May 14:29
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp Rusiya diktatoru Vladimir Putini Ukrayna ilə sülh danışıqlarını uzatdığına görə növbəti dəfə tənqid edib. Amerika lideri Rusiyanı “çox pis şeylərlə” hədələyib. Bu barədə Amerika prezidenti özünün sosial şəbəkəsində yazıb.

"Vladimir Putin başa düşmür ki, mən olmasaydım, indiyə qədər Rusiyanın başına çox pis şeylər gələrdi. Mən isə ÇOX PİSİ nəzərdə tuturam. O, odla oynayır!" - Tramp vurğulayıb.

Xatırladaq ki, son bir neçə gecə ərzində Rusiya müxtəlif silahlarla Ukrayna ərazisinə kütləvi şəkildə hücum edir. ABŞ prezidenti Donald Tramp əvvəlcə Rusiyanın zərbələri ilə bağlı şərh verməyib. Lakin sonradan Tramp deyib ki, Putin dəli olub.

"Ona (Putinə) nəsə olub. O, tamamilə dəli olub!" - Tramp Rusiyanın dünən gecəki hücumunu nəzərdə tutaraq, Truth Social-da Putin haqqında yazıb.

Əziz Mustafa, Oxuməni.az