Almaniyada üç xarici agent Ukraynaya qarşı casusluqda ittiham olunur

Almaniyada üç xarici agent Ukraynaya qarşı casusluqda ittiham olunur

29 May 11:24
Bəyəndim (1) Bəyənmədim (0)

Almaniya prokurorluğu üç nəfəri xarici agent kimi fəaliyyət göstərməkdə ittiham edib. Onlar bir ukraynalını öldürmək məqsədi ilə casusluq etməkdə şübhəli bilinirlər. Bu barədə “Reuters” məlumat yayıb. Qeyd edildiyi kimi, şübhəlilər Ermənistan, Ukrayna və Rusiya vətəndaşlarıdır.

Prokurorluğun məlumatına görə, müşahidə hədəfi Rusiyanın işğalından sonra Ukrayna Silahlı Qüvvələrinin tərkibində hərbi əməliyyatlarda iştirak edən ukraynalı olub.

2024-cü ilin iyununda ukraynalı veteran Frankfurtun mərkəzindəki kafedə görüşə cəlb edilməli idi, orada şübhəli rus agentləri həmin şəxsin şəxsiyyətini müəyyənləşdirməyi və onun haqqında daha çox məlumat əldə etməyi planlaşdırırdılar. Lakin o, Almaniya polisi ilə əlaqə saxlayıb və görüşə gəlməyib. Daha sonra 3 şübhəli tutularaq nəzarətə götürülüb. Onlara qarşı xarici kəşfiyyat xidməti ilə əməkdaşlıq ittihamı irəli sürülüb.

Prokurorlar qeyd edirlər ki, casusluq əməliyyatı, ehtimal ki, hədəfin öldürülməsi də daxil olmaqla, Almaniyada gələcək kəşfiyyat fəaliyyətlərinə hazırlıq idi.

Hər üç şübhəli 2024-cü il iyunun 19-da - planlaşdırılan görüşün keçirildiyi gün həbs edilib və o vaxtdan bəri həbsdədir.

Əziz Mustafa, Oxuməni.az