ABŞ və İran müvəqqəti nüvə razılaşmasına yaxındırlar

ABŞ və İran müvəqqəti nüvə razılaşmasına yaxındırlar

29 May 12:39
Bəyəndim (4) Bəyənmədim (0)

“CNN” diplomatik müzakirələrlə tanış olan adı açıqlanmayan mənbələrə istinadən xəbər verir ki, ABŞ və İran danışıqların növbəti raundunda imzalana biləcək müvəqqəti nüvə sazişi üzrə danışıqların son mərhələsindədirlər.
Telekanalın məlumatına görə, Ağ Ev rəsmiləri və danışıqlar prosesinin digər iştirakçıları müvəqqəti razılığın əldə edilməsinin sonrakı danışıqlar üçün əsas olacağına və onun həyata keçirilməsi üçün konkret meyarların müəyyənləşdirilməsinə kömək edəcəyinə ümid edirlər.
Bildirilir ki, danışıqlar BMT-nin nüvə nəzarəti orqanı ilə birgə Yaxın Şərq ölkələrinin beynəlxalq konsorsiumunun yaradılmasına gətirib çıxara bilər. Bu mexanizm İran İslam Respublikası üçün uranın zənginləşdirilməsinə cavabdeh olacaq ki, bu da ölkənin nüvə proqramı üzərində beynəlxalq nəzarəti təmin edəcək. Ancaq mənbələr hələlik heç bir şeyin yekunlaşmadığını bildirirlər.
“CNN” yazır ki, müzakirə olunan saziş məhdud xarakter daşıyır və Tehranın ballistik raketlərin hazırlanması proqramına təsir etmir.

Almaz Həsənli