
NATO müdafiə xərclərini artıracaq: Rutte Haaqa sammitində plan təqdim edəcək
NATO-nun baş katibi Mark Rutte İyunun sonunda Alyansın Haaqada keçiriləcək sammitində ÜDM-in 5%-i həcmində müdafiə investisiya planı təklif edəcək.
Bu barədə RBC-Ukrayna Sky News-a istinadən xəbər verir.
Rutte ABŞ-dan müttəfiqlərə investisiyaları ÜDM-in 5%-nə qədər artırmaq çağırışları fonunda müdafiə xərcləri məsələsinə keçdi.
"Bu ehtiyacları ödəmək üçün müttəfiqlər müdafiəyə daha çox sərmayə qoymalı olacaqlar. Haaqada bunun üzərində işləməli olacağıq", - baş katib qeyd edib.
Ruttenin sözlərinə görə, o, müdafiə üzrə ÜDM-in 5%-ni təşkil edəcək ümumi investisiya planı təklif edəcək. Onun təklifinə əsas müdafiə xərcləri üçün 3,5%, müdafiə və təhlükəsizlik sərmayələri üçün isə 1,5% daxil olacaq.
“Biz hamımız istəyirik ki, bu müharibə ədalətli və davamlı sülhlə başa çatsın və biz prezident Trampın qan tökülməsini dayandırmaq üçün təcili səylərini tam dəstəkləyirik”, - NATO-nun baş katibi əlavə edib.
Əziz Mustafa, Oxuməni.az