Kanadanın Baş naziri bu il müdafiə xərclərini ÜDM-in 2%-nə qədər artırmağı vəd edib

Kanadanın Baş naziri bu il müdafiə xərclərini ÜDM-in 2%-nə qədər artırmağı vəd edib

10 İyun 08:11
Bəyəndim (4) Bəyənmədim (0)


Kanadanın baş naziri Mark Karni bildirib ki, 2025-ci ildə hökumət müdafiə xərclərini ÜDM-in 2%-nə çatdıracaq ki, bu da NATO-ya üzv ölkələr üçün minimumdur. Ottava hazırda ÜDM-in 1,4%-ni müdafiəyə xərcləyir.

Cənab Karni jurnalistlərə bildirib ki, “Hərbi imkanlarımızın transformasiyası iqtisadiyyatımızı dəyişdirməyə kömək edə bilər”. "İndi qəti, enerjili və aqressiv hərəkət etməyin vaxtıdır" detə o bəyan edib. Cənab Karni hərbçilərin maaşlarını artıracağını və yeni sualtı qayıqlar, təyyarələr, gəmilər, döyüş maşınları və artilleriya alacağını vəd edib.

Kanadanın əvvəlki hökuməti keçən il NATO-nun 2032-ci ilə qədər hədəfinə çatmağı öhdəsinə götürmüşdü. Seçki kampaniyası zamanı Mark Karni bu məqsədə 2030-cu ilə qədər nail olacağına söz vermişdi. NATO-nun iyun ayında keçiriləcək sammitində alyansın baş katibi Mark Rutte hədəfi 5%-ə (müdafiə üçün 3,5% və təhlükəsizliklə əlaqəli sahələr üçün 1,5%) qaldırmaq istəyir.

Əziz Mustafa, Oxuməni.az