
NATO Rusiyanı alyans üçün əsas təhlükə hesab edir
NATO-nun baş katibi Mark Rutte bildirib ki, Rusiya alyans üçün ən böyük təhlükə olaraq qalır, lakin təşkilat digər ölkələrdən gələn təhlükələri də nəzərə alır. Bu barədə “İnterfaks” məlumat yayıb.
"Uzunmüddətli perspektivdə, şübhəsiz ki, Rusiya əsas təhlükədir. Lakin NATO yalnız SSRİ-yə qarşı çıxmaq üçün yaradılmayıb", - Rutte Londonda yerləşən Chatham House analitik mərkəzində deyib.
Rutte qeyd edib ki, NATO ilk növbədə Avro-Atlantik regiona diqqət yetirir, lakin alyansın Hind-Sakit okean regionunda baş verənlərdən də xəbərdar olması lazımdır. Baş katib Çinin müdafiə potensialının artması ilə bağlı narahatlığını ifadə edib, Ruttenin sözlərinə görə, çinlilər tezliklə ABŞ Hərbi Dəniz Qüvvələrini keçə bilər.
O, ABŞ, Avropa, Kanada və digər NATO müttəfiqlərinin müdafiə üçün kifayət qədər vəsait ayırmadığı qənaətinə gəlib. Eyni zamanda, Çin, onun sözlərinə görə, Şimali Koreya, İran və Rusiya ilə əməkdaşlıq edərək çoxlu silah istehsal edir. Rutte qeyd edib ki, bu ölkələr həmişə birgə fəaliyyət göstərir.
Bundan əvvəl Rutte Kral Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı bildirmişdi ki, alyansa üzv olan ölkələr öz hava hücumundan müdafiə imkanlarını əhəmiyyətli dərəcədə artırmalıdırlar
Əziz Mustafa, Oxuməni.az