
Fransada festivala gələnlərə iynə vurmaqda şübhəli bilinən 14 nəfər saxlanılıb
Fransa polisi musiqi festivalına gələnlərə iynə vurmaqda şübhəli bilinən 14 nəfəri saxlayıb. Bu barədə ABC News məlumat yayıb.
Ötən gün iynə qurbanı olan 145 nəfər polisə müraciət edib. Hüquq-mühafizə orqanlarından bildirilib ki, hazırda iynə vurulan inyeksiya nəticəsində festivala gələnlərin orqanizminə daxil olan hər hansı maddənin olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində ekspertiza aparılır. Saxlanılanlarla bağlı təfərrüatlar açıqlanmayıb. Məlumdur ki, onlar camaatın içində, arxada və ya qolunda dayanan insanlara təmkinli şəkildə iynə vururdular. Zərərçəkənlər hücum edənləri görməyiblər.
İyunun 21-də Ümumdünya Musiqi Gününün qeyd edilməsində naməlum şəxslər yüzdən çox insana iynə vurublar. Fransa Daxili İşlər Nazirliyi şprislərdə narkotik maddələrin olduğunu ehtimal edib. Zərərçəkənlər hərarətin dəyişməsi, başgicəllənmə, huşunu itirmə və dəridə qançırlar olduğunu bildiriblər.
Əziz Mustafa, Oxuməni.az