Ukrayna nizamlanmasında irəliləyiş yoxdur

Ukrayna nizamlanmasında irəliləyiş yoxdur

08:06
Bəyəndim (2) Bəyənmədim (0)


ABŞ prezidenti Donald Tramp Rusiya diktatoru Vladimir Putinlə Ukraynada müharibəyə son qoyulması ilə bağlı danışıqlarında heç bir irəliləyiş əldə etmədiyini etiraf edib.

Tramp bunu Vaşinqtondakı Endryus Hərbi Hava Qüvvələri bazasında jurnalistlərlə söhbətində deyib.

"Bizim söhbətimiz oldu. Çox şeylər haqqında, xüsusən də İranla bağlı danışdıq. Ukraynadakı müharibədən də danışdıq və heç bir irəliləyiş əldə etmədik", - o deyib.

İyulun 3-də Rusiya diktatoru Vladimir Putin ABŞ prezidenti Donald Trampla planlaşdırılan söhbəti açıqlayıb.

Daha sonra Ukrayna prezidenti Vladimir Zelenski qeyd edib ki, Rusiya diktatoru Vladimir Putin və ABŞ prezidenti Donald Tramp tamamilə fərqli insanlardır, ona görə də onların müzakirə üçün ortaq mövzuları azdır.

Trampla Putin arasında sonuncu söhbət iyunun 4-də baş tutub.

Əziz Mustafa