
Makron Fransa və Britaniyanı ABŞ və Çindən həddindən artıq asılılığa son qoymağa çağırıb
Böyük Britaniya və Fransa azad ticarət qaydalarına məhəl qoymayan həm ABŞ, həm də Çindən "həddindən artıq asılıdır", Fransa prezidenti Emmanuel Makron çərşənbə axşamı Britaniya parlamentində çıxışı zamanı deyib.
Böyük Britaniyada üç günlük səfərdə olan Makron, "Ağıllı olmaq, uşaqlarımız üçün davamlı gələcək qurmaq, bu ikili asılılıq üzündən iqtisadiyyatlarımız və cəmiyyətlərimiz üçün riskləri azaltmaq istəyiriksə, başqa seçimimiz yoxdur. Biz açıq dünya istəyirik. Biz əməkdaşlıq etmək istəyirik, amma asılı olmaq yox" deyib.
Fransa prezidentinin çıxışı Yelisey sarayının X şəbəkə hesabında yayımlanıb.
Makron Britaniya parlamentinə müraciətində Britaniya və Fransanı beynəlxalq arenada çətinliklərin öhdəsindən gəlmək üçün birgə işləməyə çağırıb.
Əziz Mustafa