FSB-yə özünün istintaq təcridxanalarına malik olmaq hüququ geri qaytarılıb

FSB-yə özünün istintaq təcridxanalarına malik olmaq hüququ geri qaytarılıb

13:56
Bəyəndim (4) Bəyənmədim (0)

Rusiya Dövlət Duması Federal Təhlükəsizlik Xidmətinə (FSB) öz istintaq təcridxanalarına (SIZO) sahib olmaq hüququ verən qanunu üçüncü oxunuşda qəbul edib. Bu barədə Oxuməni.az “Meduza.io”ya istinadla xəbər verir ki, Dövlət Dumasının qanun layihələri bazasındakı məlumatda belə deyilir.

Qanun layihəsinin müəlliflərindən biri, deputat Vasili Piskarevin sözlərinə görə, “dövlət təhlükəsizliyinə qarşı cinayətlərə görə” müttəhimlər FSB-nin yurisdiksiyasında olan istintaq təcridxanalarında saxlanılacaqlar.

"Bu, bu kateqoriyadan olan cinayət işlərinin təhqiqatının səmərəliliyini artıracaq və istintaq altında olan casusların və terrorçuların digər cinayət növləri üzrə müttəhimlərlə icazəsiz əlaqədən qorunmasına təminat verəcək. Bundan əlavə, bu, xarici kəşfiyyat orqanlarının və terror təşkilatlarının öz agentləri ilə əlaqə yaratmaq cəhdlərinin qarşısını almağa, istintaqa mane olmağa və onları gələcək təxribat fəaliyyətlərinə cəlb etməyə kömək edəcək", - Piskarev bildirib.

Qanun layihəsi Dövlət Dumasına 2025-ci ilin fevralında təqdim edilib.

FSB-nin 2006-cı ilə qədər öz təcridxanalarına sahib olmaq hüququ var idi. İstintaq təcridxanalarının FSB-nin əvəzinə Ədliyyə Nazirliyinin nəzarətinə verilməsi qərarı Rusiyanın Avropa Şurasına daxil olarkən üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi çərçivəsində qəbul edilib.

Almaz Həsənli