Ukrayna hərbçiləri Donetskdəki HIMARS bazalarına zərbələr endiriblər

Ukrayna hərbçiləri Donetskdəki HIMARS bazalarına zərbələr endiriblər

25 İyul 16:22
Bəyəndim (0) Bəyənmədim (0)


Ukrayna Müdafiə Qüvvələri müvəqqəti olaraq işğal altında olan Donetskdə rus işğalçılarının bazalarına və dəmir yolu infrastrukturuna zərbələr endirib.

Bu barədə İşğalın Öyrənilməsi Mərkəzinin rəhbəri Petr Andryuşşenko Telegram-da məlumat verib. "Donetsk. Kiyev rayonu. İşğalçıların bazasına və dəmir yolu infrastrukturuna səkkiz zərbə endirilib. Hamısı hədəfdədir", -o deyib.

O, həmçinin hitlərdən şəhərin üzərinə tüstünün qalxdığını göstərən video nümayiş etdirib.“Patriot of Donbass” xəbər verir ki, bu gün səhər Ukrayna Silahlı Qüvvələri işğal olunmuş Donetskdə hərbi və logistika obyektlərinə hücum edib.

"Zərbələr Zasyadko şaxtası ərazisindəki sənaye zonasına endirilib", - yerli teleqram kanallarına istinadən xəbər verilir. Orada işğal ordusunun bölmələri və texnikasının olduğu bildirilib.

Yerli kanallar hücumların raketlərlə həyata keçirildiyini bildirir. Bunların HIMARS raketləri olduğu iddia edilir.

Əziz Mustafa