İrəvan Tramp, Paşinyan və Əliyevin Vaşinqtonda görüşəcəyini təsdiqləyib

İrəvan Tramp, Paşinyan və Əliyevin Vaşinqtonda görüşəcəyini təsdiqləyib

6 Avqust 10:12
Bəyəndim (4) Bəyənmədim (0)

Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev və ABŞ prezidenti Donald Trampın görüşü avqustun 7-8-də Vaşinqtonda baş tutacaq. Oxuməni.az “İnterfax.ru”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
"Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 7-8-də ABŞ-a səfər edəcək. Baş nazir Paşinyan Vaşinqtonda ABŞ prezidenti Donald Tramp ilə Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə həsr olunmuş ikitərəfli görüş keçirəcək, həmçinin ABŞ prezidenti Donald Tramp və Azərbaycan prezidenti İlham Əliyevlə regionda sülh, firavanlıq və iqtisadi əməkdaşlığın təşviqi məqsədi ilə üçtərəfli görüş keçirəcək", - Nazirlər kabinetinin mətbuat xidməti bildirib.
Qeyd edək ki, bir müddət əvvəl “Washington Post” mənbələrə istinadən Tramp, Paşinyan və Əliyevin görüşü barədə yazıb. Nəşr görüşdən sonra Bakı ilə İrəvan arasında sülh sazişinin elan oluna biləcəyini istisna etmir.

Almaz Həsənli