Bakıda Avropa ravvinlərinin konfransı keçiriləcək

Bakıda Avropa ravvinlərinin konfransı keçiriləcək

6 Avqust 11:31
Bəyəndim (4) Bəyənmədim (0)

Noyabrın 4-dən 6-dək Bakıda Avropa ravvinlərinin nümayəndəli konqresi keçiriləcək. Qitənin hər yerindən 500-dən çox ravvinin iştirakı gözlənilir. Bu barədə “Jewish News Syndicate” yazır.

“Conference of European Rabbis” (Avropa Ravvinləri Konfransının) 70-ci ildönümünə təsadüf edən tədbir ilk dəfə müsəlman ölkəsində keçiriləcək.

İsrail KİV-lərinin məlumatına görə, forumda Azərbaycanın mümkün iştirakı ilə “İbrahim sazişi”nın genişləndirilməsi müzakirə olunacaq. Prezident İlham Əliyevin iştirakı gözlənilir.

Bakıda keçirilən əvvəlki konqres 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu səbəbindən ləğv edilmişdi.

Almaz Həsənli