Avropa Şurasının baş katibi Kiyevə səfər edəcəyini açıqlayıb

Avropa Şurasının baş katibi Kiyevə səfər edəcəyini açıqlayıb

11:15
Bəyəndim (4) Bəyənmədim (0)

Avropa Şurasının baş katibi Alen Berset yaxın vaxtlarda Kiyevə səfər edəcək və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək.

Bu barədə Oxuməni.az Avropa Şurasının saytına istinadən xəbər verir.

“Yaxın günlərdə Ukraynanın Müstəqillik Günü ərəfəsində Ukraynanın demokratiya, insan haqları və qanunun aliliyi sahəsində bərpasını müəyyən edən Fəaliyyət Planı çərçivəsində əməkdaşlığımızı inkişaf etdirmək və gücləndirmək üçün Kiyevdə prezident Zelenski ilə görüşəcəyəm”, - Berset deyib.

O, avqustun 15-də Alyaskada ABŞ prezidenti Donald Trampla Rusiya diktatoru Vladimir Putin arasında gözlənilən danışıqları da şərh edib.

“Cümə günü dünyanın gözü Alyaskada sülh danışıqlarına çevriləndə bizim qarşımızda yalnız bir sual qalacaq: Ukraynada sülh ədalət üzərində qurulacaq, yoxsa təcavüzə güzəştlə formalaşacaq? - Avropa Şurasının baş katibi vurğulayıb.

O qeyd edib ki, “Prezident Trampın təcavüzkara güzəştə getmədən qətlləri dayandırmaq səyləri tərifə layiqdir”.

Əziz MUSTAFA