“International Baccalaureate” Rusiyada arzuolunmaz elan edilib

“International Baccalaureate” Rusiyada arzuolunmaz elan edilib

14:12
Bəyəndim (2) Bəyənmədim (0)


Rusiya Baş Prokurorluğu “International Baccalaureate” (Beynəlxalq Bakalavr) təhsil fondunun fəaliyyətini "arzuolunmaz" elan edib. Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Qurum iddia edir ki, baş ofisi İsveçrədə yerləşən fondun məqsədi “rus gənclərini Qərb şablonlarına uyğun formatlaşdırmaqdır”. Baş Prokurorluğun bəyanatında deyilir ki, fond “anti-Rusiya təbliğatı və etnik ədavətin qızışdırılması”nı öyrədir, onun nümayəndələri isə “beynəlxalq təhsil proqramları adı altında rusofobik layihələr həyata keçirir”, həmçinin “qadağan olunmuş ekstremist qeyri-təbii təşkilatların ideologiyasına əsaslanan qeyri-ənənəvi dəyərləri tətbiq edir. (Rusiyada ekstremist kimi tanınmış "Beynəlxalq LGBT hərəkatı" nəzərdə tutulur).
“International Baccalaureate” 1968-ci ildə əsası qoyulmuş beynəlxalq qeyri-kommersiya özəl təhsil fondudur. Fondun proqramları çərçivəsində 3-19 yaş arası uşaqlar təhsil ala bilərlər; proqramı bitirdikdən sonra xarici universitetlər tərəfindən qəbul edilən sertifikat ala bilərlər. 100-dən çox ölkədə bir neçə min məktəbdə milli təhsil sənədləri ilə birlikdə “Beynəlxalq Bakalavr” sertifikatları verilir. “Mediazona” qeyd edir ki, Rusiyada ən azı 20 məktəb fondun proqramından istifadə edir. Onun arzuolunmaz təşkilat kimi tanınması Rusiyada fəaliyyətinə qadağa qoyulması və onunla əməkdaşlıq edənlərin təqib olunma təhlükəsi deməkdir. Əvvəllər Yel Universiteti kimi bir sıra təhsil müəssisələri artıq Rusiyada arzuolunmaz təşkilatlar kimi tanınıb.
Almaz Həsənli