
Avropa Parlamenti Ukraynanı islahatları davam etdirməyə və korrupsiya ilə mübarizə aparmağa çağırıb
Avropa Parlamentinin üzvləri Ukrayna hökumətini gələcək Aİ-yə üzvlüklə, eləcə də korrupsiya ilə mübarizə ilə bağlı islahatların həyata keçirilməsini davam etdirməyə çağırıblar.
Bu barədə RBC-Ukrayna Avropa Parlamentinin mətbuat xidmətinə istinadən xəbər verir.
AP Xarici Əlaqələr Komitəsinin məruzəsi əsasında hazırlanan və Rusiyanın davam edən təcavüzkar müharibəsi fonunda Ukraynanın Aİ-yə daxil olmaq cəhdlərini təhlil edən qətnamə 418 “lehinə”, 135 “əleyhinə”, 41 səs “bitərəf”lə qəbul edilib.
Avropa Parlamentinin deputatları Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz sadiqliklərini təsdiqlədilər və vurğuladılar ki, istənilən sülh yolu ilə həll Ukrayna xalqının iradəsinə hörmətlə yanaşmalı və heç bir başqa beynəlxalq aktor tərəfindən tətbiq edilməməlidir.
Avropa Parlamentinin deputatları Ukraynanın qanunun aliliyi, məhkəmə sistemi və korrupsiya ilə mübarizə sahələrində islahatları gücləndirməsini istəyirlər.
Əziz Mustafa