Zelenski Avropa və NATO liderləri ilə danışıb

Zelenski Avropa və NATO liderləri ilə danışıb

14:12
Bəyəndim (2) Bəyənmədim (0)

Ukrayna prezidenti Vladimir Zelenski Avropa və NATO liderləri ilə söhbətində ümumi hava hücumundan müdafiə qalxanının yaradılmasına çağırıb. Zəng Polşaya pilotsuz təyyarə hücumundan sonra baş verib.

Bu barədə Telegram-da Ukrayna dövlət başçısı məlumat yayıb.

Zelenskinin sözlərinə görə, o, Polşanın baş naziri Donald Tusk, Böyük Britaniyanın baş naziri Key Starmer, İtaliyanın baş naziri Giorgia Meloni və NATO-nun baş katibi Mark Rutte ilə danışıb.

Liderlər ilk növbədə Ukraynada buraxılan və Polşanın hava məkanına uçan Rusiya pilotsuz təyyarələrini müzakirə ediblər. Zelenski qeyd edib ki, bir və ya iki pilotsuz təyyarə ilə insidentlər əvvəllər də olub, indi isə xeyli çox dron var.

Eyni zamanda, PUA-ların Polşaya təkcə Ukrayna ərazisindən deyil, həm də Belarusdan uçması Rusiya Federasiyasının həyasızlığını nümayiş etdirir.

Əziz Mustafa