
Çin internetdə mənfi emosiyalara qarşı kampaniyaya başlayır
Çin "mənfi emosiyaların zərərli təxribatı" ilə mübarizə aparmaq üçün iki aylıq kampaniyaya başlayıb. Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Kiberməkan İdarəsi sentyabrın 22-də müvafiq bildiriş dərc edib.
Oxuməni.az “Portamur.ru”ya istinadla xəbər verir ki, “Amur-Çin” Telegram kanalının məlumatına görə, bu kampaniya təxribatların, zorakılığın təbliğatının və münaqişənin qızışdırılmasının aradan qaldırılması üçün sosial şəbəkələrdəki yazıların, qısa videoların, canlı yayımların və şərhlərin nəzərdən keçirilməsini əhatə edəcək.
Saxta xəbərlərin, “infogipsizm”, “ekstremal davranış”ın yayılmasının, həmçinin həyata pessimist baxışların və “zəhmətin puçluğu”nun aşkarlanmasına xüsusi diqqət yetiriləcək.
Səlahiyyətlilər tənzimləyici qurumları onlayn platformalara nəzarəti gücləndirməyə və istifadəçilərdən bu cür məzmunu bildirməyə çağırır.
Almaz Həsənli