
Avstriyalı milyarder Rene Benkoya hökm oxunub
Oktyabrın 15-də Avstriyanın İnsbruk məhkəməsi milyarder və müflis olan “Signa” daşınmaz əmlak holdinqinin təsisçisi Rene Benkonu maliyyə fırıldaqlarına görə iki il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə müəyyən edib ki, Benko şirkəti iflas etməmişdən əvvəl bu məbləği şəxsi hesablara köçürməklə investorlarını 300.000 avro aldadıb, pulları kreditorlardan gizlətməyə cəhd edib.
Bu barədə “Kommersant” məlumat yayıb.
Bu, milyarderə qarşı istintaqda ilk hökmdür. Ona qarşı maliyyə dələduzluğu və etimadın pozulması ilə bağlı ümumilikdə 14 iş açılıb.
Rene Benko Avstriyanın ən böyük daşınmaz əmlak holdinqi olan Signa'ya sahib idi. 2023-cü ilin noyabrında holdinq iflas elan etdi. Kreditorlar iflas elan etməzdən əvvəl qeyri-qanuni əməliyyatlar hesab etdikləri üçün Signa-nı məhkəməyə verdilər. O zaman Signa-nın borcları 13 milyard avroya çatdı və təxminən 120 bank onun kreditorları hesab olunurdu. Bu ilin yanvarında Rene Benko İnsbrukda həbs edilib.
Əziz Mustafa