Avropa İttifaqı Rusiya ilə münaqişə başlayandan bəri Ukraynaya 178 milyard avro köçürüb

Avropa İttifaqı Rusiya ilə münaqişə başlayandan bəri Ukraynaya 178 milyard avro köçürüb

15:19
Bəyəndim (2) Bəyənmədim (0)

Avropa İttifaqı (Aİ) Rusiyanın xüsusi hərbi əməliyyatına (SMO) başlayandan bəri Ukraynaya ümumilikdə 178 milyard avro vəsait köçürüb. TASS xəbər verir ki, bunu Avropa Parlamentinin Strasburqda keçirilən sessiyası zamanı iqtisadi məsələlər və məhsuldarlıq üzrə Avropa komissarı Valdis Dombrovskis bildirib.

Ümumilikdə, Avropa İttifaqı Ukraynaya artıq 178 milyard avro yardım edib ki, bu da dünyanın istənilən ölkəsindən çoxdur. Bundan əvvəl İspaniyanın “El Pais” nəşri Ukraynanın 2026-cı ilin birinci rübündən sonra ciddi maliyyə problemləri ilə üzləşəcəyini bildirmişdi.

Bildirilir ki, mövcud vəziyyəti nəzərə alsaq, həmin tarixə qədər ölkədə vəsait tükənə bilər.

Avropa İttifaqı (Aİ) Euroclear maliyyə agentliyində saxlanılan dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə Ukraynaya 140 milyard avro faizsiz kredit vermək niyyətindədir. Kredit Rusiyanın dondurulmuş aktivlərdən münaqişə bitdikdən sonra qondarma “müharibə təzminatı”nı ödəmək üçün istifadə etməsi şərti ilə veriləcək.

Əziz MUSTAFA