Gümri meri barəsində yeni cinayət işi açılıb

Gümri meri barəsində yeni cinayət işi açılıb

15:43
Bəyəndim (2) Bəyənmədim (0)


Gümrinin əvvəllər həbs olunmuş meri Vardan Qukasyana qarşı Ermənistanın suverenliyindən imtina etməyə çağırış etdiyinə görə yeni cinayət işi açılıb. Bu barədə yerli media siyasətçinin vəkillərinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, hüquq-mühafizə orqanları işə iki gün baxıb. Oktyabrın 25-də Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi (hakimiyyəti ələ keçirməyə, ərazi bütövlüyünün pozulmasına və ya konstitusiya quruluşunun zorla devrilməsinə çağırışlar) ilə yeni cinayət təqibinin başlanması barədə qərar qəbul edilib.
İttihamlar Qukasyanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin həyətində digər ölkələrlə ittifaq yaratmaq niyyəti barədə verdiyi açıqlamalardan irəli gəlir. Müstəntiqlər merin sözlərini "Ermənistanın suverenliyindən imtina etməyə çağırış" kimi qiymətləndiriblər.
Merin vəkilləri ittihamların bu maddə ilə əlaqəsi olmadığını və siyasi motivli olduğunu düşünürlər. Bəyanatı Zarui Postancyan, Aramayis Hayrapetyan və Arnold Vardanyan imzalayıblar.
Qeyd edək ki, oktyabrın 20-də hüquq-mühafizə orqanlarının əməkdaşları Gümrü şəhər meriyasında axtarış aparıblar. Nəticədə mer Vardan Qukasyan və daha yeddi nəfər rüşvət almaqda şübhəli bilinərək saxlanılıblar.
Almaz Həsənli