AB İŞİD və Əl-Qaidəyə qarşı sanksiyaları bir il müddətinə uzadıb

AB İŞİD və Əl-Qaidəyə qarşı sanksiyaları bir il müddətinə uzadıb

15:11
Bəyəndim (1) Bəyənmədim (0)

AB Şurası İslam Dövləti və Əl-Qaidə qruplarına , eləcə də onlarla əlaqəli şəxslərə, qruplara, müəssisələrə və təşkilatlara qarşı məhdudlaşdırıcı tədbirləri 31 oktyabr 2026-cı ilə qədər uzadıb.

Şuranın bazar ertəsi dərc olunan bəyanatında xatırladılır ki, mövcud sanksiyalar siyahısı "15 şəxsə və yeddi qrupa" şamil edilir. Siyahıya daxil olan bütün şəxslərin aktivləri aktivlərin dondurulmasına məruz qalır və onların AB-yə səyahət etməsi də qadağandır.

Bundan əlavə, AB fərdlərinə və qurumlarına onlara vəsait, maliyyə aktivləri və ya iqtisadi resurslar təqdim etmək qadağandır.

Sənəddə izah olunur ki, "bu məhdudlaşdırıcı tədbirlər BMT Təhlükəsizlik Şurası tərəfindən İŞİD və Əl-Qaidəyə qarşı tətbiq edilən tədbirləri tamamlayır".

Şura qeyd edib ki, "AB Əl-Qaidə, İŞİD və onların regional filialları tərəfindən törədilən davam edən terror təhlükəsinə qarşı mübarizə aparmaqda sadiqdir".

Əziz Mustafa