Türkiyə son 20 ildə beynəlxalq müdafiə sənayesində rəqibə çevrilib

Türkiyə son 20 ildə beynəlxalq müdafiə sənayesində rəqibə çevrilib

11:05
Bəyəndim (1) Bəyənmədim (0)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, son 20 ildə ölkəsi müdafiə sənayesində dünya liderlərinin rəqibinə çevrilib.

"Dünən fəxr edə biləcəyimiz müasir bir tank istehsalı müəssisəsinin açılışını etdik. Ordumuza Altay əsas döyüş tankını təhvil verdik. Ümid edirik ki, növbəti altı il ərzində ordumuza bu tanklardan daha 250 ədəd təhvil verəcəyik. İndi öz tanklarımızı, öz döyüş gəmilərimizi, öz pilotsuz uçuş aparatlarımızı, öz helikopterlərimizi və öz döyüş təyyarələrimizi yaradırıq. Cəmi 20 il əvvəl ölkəmizin müdafiə sənayesi 80% idxaldan asılı idi, lakin səylərimiz sayəsində indi dünya liderləri ilə rəqabət apara biləcək səviyyəyə çatıb", - deyə Ərdoğan Ankarada Respublika Günü münasibətilə keçirilən çıxışında bildirib.

Türkiyə lideri qeyd edib ki, ölkəsinin beynəlxalq siyasəti "çətin anlarda dostlarını tərk etməməyə" yönəlib. "Dünyanın harasında məzlumlar olursa olsun, biz onların köməyinə tələsirik. Biz regionlarda və danışıqlar masasında müharibələrə və münaqişələrə son qoymaqdan tutmuş böhran zonalarına və təbii fəlakətlərə humanitar yardım göstərməyə qədər geniş məsələlər üzrə fəal iştirak edirik", - deyə o bildirib.

Əziz Mustafa