Oğrular Luvrdan oğurlanmış qiymətli əşyaları internetdə gızlı satmağa cəhd ediblər
İsrail CGI Qrupunun baş direktoru Zvika Naveh bildirib ki, Luvrdan qiymətli əşyaları oğrular internetdə "on milyonlarla avroya" satmağa cəhd ediblər. O, iddia edib ki, oğrular zinət əşyalarının onlarda olduğuna dair "təkzibolunmaz dəlillər" təqdim etsələr də, Luvr rəhbərliyi təklifi qulaqardına vurub.
Naveh Ynet portalına bildirib ki, soyğundan beş gün sonra CGI öz veb saytı vasitəsilə "oğruların nümayəndəsi" olduğunu iddia edən bir şəxsdən şifrələnmiş mesaj alıb. O, zinət əşyalarının internetdə satılmasını müzakirə etməyi təklif edib və "əlaqəni yalnız 24 saatla məhdudlaşdırıb".
Şirkət onunla bir sıra "şifrələnmiş söhbətlər" aparıb və oğurlanmış əşyaların ən azı bir hissəsinə sahib olduğuna dair dəlillər əldə edib. Zvik Naveh Luvru altı gün ərzində cavab vermədiyinə görə tənqid edib. "Biz oğruların etibarını itirdik və Luvr muzeyi zinət əşyalarını geri qaytarmaq üçün real fürsəti əldən verdi", - deyə o bildirib.
Əziz Mustafa


















































































