Cənubi Koreya kəşfiyyatı Kim Çen Inın uzaq məsafədən nəbzini ölçdü

Cənubi Koreya kəşfiyyatı Kim Çen Inın uzaq məsafədən nəbzini ölçdü

15:36
Bəyəndim (2) Bəyənmədim (0)


“Yonhap” xəbər agentliyinin məlumatına görə, Şimali Koreya lideri Kim Çen Inın ciddi səhhət problemi yoxdur. Cənubi Koreya kəşfiyyatı əməkdaşları Kim Çen Inın nəbzini uzaq məsafədən ölçə biliblər. Onun ürək döyüntüsü dəqiqədə 80 vurur.
Cənubi Koreya kəşfiyyatının hesabatında nəbz məlumatlarını necə əldə etdikləri göstərilməyib. "O (Kim Çen In — red.) əyalətlər və Pxenyan arasında asanlıqla uzun məsafələrə səyahət edə, eləcə də müxtəlif tədbirlərdə iştirak edə bilir", - deyə hesabatda əlavə edilib.
43 yaşlı Kim Çen In 2011-ci ildən bəri Şimali Koreyaya rəhbərlik edir. O, Koreya Fəhlə Partiyasının baş katibi, Koreya Fəhlə Partiyasının Mərkəzi Hərbi Komissiyasının sədri, Koreya Xalq Ordusunun Ali Baş Komandanı və Partiyanın Siyasi Bürosunun Rəyasət Heyətinin üzvü vəzifələrini tutur.
Almaz Həsənli