Tramp : TRIPP Xəzər dənizinin kommersiya dəyərini artıracaq
ABŞ prezidenti Donald Tramp Ağ Evdən yayımlanan çıxışı zamanı TRIPP-dən (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) bəhs edib.
Oxuməni.az xəbər verir ki, bu bəyanat ABŞ və Orta Asiya ölkələrinin C5+1 görüşündə verilib.
8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən Azərbaycan, Ermənistan və ABŞ liderlərinin zirvə görüşündə Ermənistandan keçən Azərbaycanın Zəngilan rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yolun tikintisi TRIPP adlandırılıb. ABŞ prezidentinin sözlərinə görə, onun yaradılması beynəlxalq sülhə nail olmağa kömək edəcək.
Donald Tramp deyir ki, "bu yol hazırda dünyanın ən vacib yerlərindən, o cümlədən iqtisadi cəhətdən ən əhəmiyyətli yerlərdən keçərək tikilir ki, bu da Xəzər dənizinin o biri tərəfində kommersiya fəaliyyətini artıracaq və Orta Asiya regionu ölkələrinə kömək edəcək".
Bundan əlavə, Tramp vurğulayıb ki, bu sahədə əməkdaşlıq mütləq iştirak edən ölkələrin hər biri üçün faydalı olacaq.
Almaz Həsənli































































-1.jpg)
-1.jpg)
-1.jpg)















