Parisdə üç gənc qadın terror aktları planlaşdırmaqda şübhəli bilinərək saxlanılıb
Parisdə üç gənc qadın terror aktları planlaşdırmaqda şübhəli bilinərək saxlanılıb. Bu barədə BFMTV də daxil olmaqla bir neçə media orqanı hüquq-mühafizə orqanlarının mənbələrinə istinadən məlumat yayıb.
Milli Terrorla Mübarizə Prokurorluğu 10 oktyabrda cinayətkar terrorçu qruplaşmasında iştirak və insanlara hücum hazırlığı ilə bağlı istintaqa başlayıb. Şübhəlilər 20 yaşlarında üç qadındır. Mənbələr bunu uzun illərdən sonra ilk belə hal adlandırırlar.
Hücumun motivi açıqlanmayıb, lakin şənbə günü AFP-yə verdiyi müsahibədə Milli Terrorla Mübarizə Prokurorluğunun prokuroru Olivye Kristien Fransaya qarşı cihadçı təhdidin "həm miqyasda, həm də hərəkətə hazırlıq baxımından ən böyük təhlükə olduğunu" və son üç ildə artdığını bildirib.
Bu həftənin əvvəlində Fransanın İl d'Oleron çayında baş verən avtomobil qəzası əvvəlcə ehtimal olunan islamçı hücum hesab olunurdu. Daha sonra məlum oldu ki, avtomobili narkotik təsiri altında bir fransız idarə edib.
Əziz Mustafa









































































-1.jpg)







