Paşinyan Ermənistanın Rusiya taxılından imtina etmək planlarını təkzib edir
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkənin Rusiya taxılından imtina edərək Ukrayna taxılını almaq planları ilə bağlı xəbərlər "tamamilə anlaşılmazlıqdır". Oxuməni.az-ın "Kommersant"a istinadən verdiyi məlumata görə, Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) Yerevanın Moskvadan bu şəkildə "ayrılmaq" istəyini bildirib.
"Bu, doğru ola bilməz. Bu, tamamilə cəfəngiyatdır", - Nikol Paşinyan brifinqdə bildirib (ArmenPress-dən sitat-red.).
SVR iddia edir ki, Ermənistan Rusiya taxılını daha bahalı Ukrayna taxılı ilə əvəz etməyi planlaşdırır və onu Avropa Birliyinin vəsaiti ilə alır. Hesabatda iddia edilir ki, Brüssel bununla Ukraynanı dəstəkləməyə və Rusiya-Ermənistan münasibətlərini zəiflətməyə çalışır.
Almaz Həsənli
Digər xəbərlər

















































































