Kiprdə nizamlanma yalnız iki dövlət əsasında mümkündür

Kiprdə nizamlanma yalnız iki dövlət əsasında mümkündür

08:07
Bəyəndim (1) Bəyənmədim (0)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kiprdə nizamlanmanın yalnız iki dövlət əsasında mümkün olduğunu bildirdi.

"Şimali Kipr xalqını tək qoymayacağıq. Kipr nizamlanması ilə bağlı mövqeyimiz büllur kimi aydındır. Biz inanırıq ki, problemin ən real həlli adada iki dövlətin mövcudluğu ilə mümkündür", - deyə Ərdoğan Şimali Kipr Türk Respublikasının (ŞKTR) yeni lideri Tufan Ərhürmanla danışıqlardan sonra Ankarada bildirib.

Ərhürman 19 oktyabrda ŞKTR prezident seçkilərində səslərin 62,76%-ni toplayaraq qalib gəldi.

Şimali Kipr lideri öz növbəsində Türkiyə ilə münasibətlərin gücləndirilməsinin onun prioritetlərindən biri olacağını bildirib. "Türkiyə Kipr probleminin həlli üçün bütün səylərdə əsas iştirakçı olaraq qalır. Əvvəlki kimi, BMT-də və digər beynəlxalq forumlarda xalqımızın maraqlarını müdafiə etmək üçün Türkiyənin diplomatik kanallarından istifadə etməyə davam edəcəyik. Bizim dünya ilə dialoqumuza heç kim mane ola bilməyəcək. Türkiyə bizim əsas dəstəkçimiz olub və olaraq qalır", - deyə Erhürman əmin edib.

Əziz Mustafa