Özbəkistan neft emalı zavodu tikə bilər
Enerji naziri Curabek Mirzamahmudov bildirib ki, əgər Azərbaycan SOCAR-ın neft həcmi proqnozları təsdiqlənərsə, Özbəkistan Üstyurt bölgəsində yeni neft emalı zavodunun tikintisinə başlamağa hazırdır. Onun sözlərinə görə, ərazidə seysmik kəşfiyyat işləri ilin sonuna qədər başlayacaq.
Özbəkistanın Energetika naziri Curabek Mirzamahmudov Azərbaycanın "Report" nəşrinə verdiyi müsahibədə bildirib ki, Özbəkistan Üstyurt bölgəsi üçün Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) həyata keçirilməsini sürətləndirməyi planlaşdırır.
Onun sözlərinə görə, Üstyurt bölgəsi hazırda "əvvəllər əsasən qaz hasil edən bölgənin ən perspektivli ərazilərindən biridir". Nazir qeyd edib ki, bütün tarixi məlumatları araşdırdıqdan sonra Azərbaycan SOCAR neft ehtiyatlarının kəşfiyyatında maraqlı olduğunu bildirib və artıq HPBS çərçivəsində layihə operatoru yaradılıb.
O, tərəflərin paylarının klassik modelə uyğun olaraq bölündüyünü aydınlaşdırıb: "50/50" - dövlət və investorlar. İnvestorlar SOCAR və Özbəkneftqazdır. "Qazeta" xəbər verir ki, Britaniya şirkəti BP layihəyə maraq göstərib və ilkin danışıqlar aparılır.
Nazir vurğulayıb ki, bütün kommersiya şərtləri - hasilatın pay bölgüsü, vergitutma və digər parametrlər - müqavilədə göstərilib.
Əziz Mustafa


















.jpg)
.jpg)
.jpg)




























































