BBC Trampdan üzr istədi
Britaniyanın BBC teleşirkəti ABŞ prezidenti Donald Trampa onun çıxışını təhrif etdiyinə görə üzr istəyib, lakin Amerika liderinin vəkillərinin təzminat tələblərini rədd edib.
Oxuməni.az-ın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bu barədə “AP” xəbər verib.
Məqalədə qeyd olunur ki, BBC-nin idarə heyətinin sədri Samir Şan Ağ Evə baş verənlərlə bağlı təəssüfünü bildirən şəxsi məktub göndərib.
"BBC videoçarxın necə redaktə olunduğuna görə səmimi qəlbdən təəssüf hissi keçirsə də, biz böhtan iddiası üçün əsas olduğuna qətiyyətlə razı deyilik", - deyə məqalədə bildirilir.
Noyabrın 3-də “Daily Telegraph” qəzeti Trampın "Panorama" verilişindəki çıxışına diqqət çəkib. Çıxış elə montaj olunub ki, tamaşaçılar siyasətçinin Kapitoliyada iğtişaşları təşviq etdiyini düşünsünlər. Süjetin müəllifləri Trampın çıxışının əvvəlini, təxminən bir saat sonra dedikləri ilə birləşdiriblər.
Noyabrın 9-da “The Times” qəzeti xəbər verib ki, BBC-nin baş direktoru Tim Deyvi Trampın Kapitoliyaya hücumdan əvvəlki saxtalaşdırılmış çıxışı ilə bağlı qalmaqal fonunda öz vəzifəsindən gedib. Nəşrin məlumatına görə, bu qərar Britaniyanın milli teleşirkətində "gərgin həftədən" sonra qəbul edilib.
Almaz Həsənli


















.jpg)
.jpg)
.jpg)




























































