Çin döyüş robot-canavarlarını nümayiş etdirdi

Çin döyüş robot-canavarlarını nümayiş etdirdi

15:23
Bəyəndim (2) Bəyənmədim (0)


Çinin hərbi televiziya kanalı CCTV-7, Çin Xalq Azadlıq Ordusunun 72-ci ordusunun təlimlərini nümayiş etdirdi, bu təlimlərdə döyüş robot- canavarlarından istifadə olunub. Xarici görünüşü “Boston Dynamics” şirkətinin Spot robot-itinə bənzəyən maşınlar, potensial düşmənin ilk dalğasına atəş açıb. Maşınlar şəxsi heyəti qoruyur, üçlüklər halında əməliyyat tapşırıqlarını yerinə yetirir, bu da döyüş birləşmələrinin manevrliyini artırıb.
Bu, robot- canavarların ictimaiyyət qarşısında ilk çıxışı deyil. Maşınlar artıq sentyabrın 3-də keçirilən paradda iştirak ediblər.
Döyüş robot- canavarları desant əməliyyatlarında, xüsusilə dənizdən çıxış zamanı istifadə oluna bilər. Bəzi ekspertlər belə maşınların inkişafının Çinin Tayvana müdaxilə risklərinin artmasından xəbər verə biləcəyini düşünürlər.
Almaz Həsənli