Qırğızıstanda sabiq prezident Atambayevin oğlu və tərəfdarları saxlanılıb
Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin oğlu Qədirbəy və bir sıra siyasətçilər ölkədə kütləvi iğtişaşların təşkili şübhəsi ilə saxlanılıblar.
Oxuməni.az-ın "İnterfax"a istinadən verdiyi məlumata görə, bunu respublika Daxili İşlər Nazirliyinin mətbuat xidməti bazar günü bildirib.
"Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) Dövlət Mühafizə Xidmətinin sabiq rəisi Qədirbəy Atambayev, Qırğızıstan DTK-nın sabiq rəisi Damir Musakeyev, sosial-demokratlar partiyasının lideri Təmirlan Sultanbəyov, Qırğızıstan parlamentinin sabiq deputatları Şaylobek Atazov və Kubanıçbəy Qadırov saxlanılıblar. Saxlanılanlar parlament seçkilərinin (30 noyabrda keçiriləcək – red.) nəticələri açıqlandıqdan sonra kütləvi narazılıq təəssüratı yaratmaq məqsədilə bir sıra mitinqlərə başlamağı planlaşdırırdılar", - deyə məlumatda bildirilir.
İdarənin məlumatına görə, saxlanılanların nəzərdə tutulan hərəkətləri arasında konstitusiyaya zidd tələblərin irəli sürülməsi, həmçinin inzibati binaların, televiziya kanallarının, güc strukturlarının obyektlərinin, silahların və cəza-icra sisteminin müəssisələrinin ələ keçirilməsinə cəhdlər də var.
Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, saxlanılanlar siyasi tələblər formalaşdırmağı planlaşdırıblar, cinayət elementləri isə güc tərəfini təmin etməli idi.
"Axtarışlar zamanı silah, döyüş sursatı, qumbaralar, rabitə vasitələri, maliyyələşdirmə sənədləri, əməliyyat planları, narkotik vasitələr, eləcə də 150 min ABŞ dolları nağd pul götürülüb", - deyə Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən dəqiqləşdirilib.
Saxlanılanlara Qırğızıstan Cinayət Məcəlləsinin "Kütləvi iğtişaşların təşkilinə hazırlıq" maddəsi ilə ittiham irəli sürülüb. Onlar müvəqqəti saxlama təcridxanasına yerləşdiriliblər.
Almaz Həsənli


















































.jpg)











.jpg)
.jpg)















