Burkina Fasoda hökumət ölüm hökmünün bərpasını təsdiqlədi

Burkina Fasoda hökumət ölüm hökmünün bərpasını təsdiqlədi

10:33
Bəyəndim (0) Bəyənmədim (0)


Burkina Faso Nazirlər Şurası Cinayət Məcəlləsinə ölüm hökmünü bərpa edən düzəlişlər layihəsini təsdiqlədi.
Oxuməni.az-ın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bu barədə ədliyyə naziri Edasso Rodrige Bayala məlumat verib.
Lefasonun məlumatına görə, qanun həmçinin homoseksuallığı təbliğ etməyə görə həbs cəzası müəyyən edir.
Nazir bildirib ki, "Məcəllənin islahatı ilə bağlı qanun layihəsinin qəbul edilməsi xalqın dərin istəklərinə cavab verən ədliyyə sisteminin yaradılmasına yönəlmiş daha geniş sektor islahatlarının bir hissəsidir".
Almaz Həsənli