Ukrayna Trampın sülh planına cavabını ABŞ-a təqdim edib
Ukrayna rəsmiləri ABŞ prezidentinin administrasiyasına Rusiya-Ukrayna müharibəsini bitirmək üçün ABŞ-ın sülh planının son layihəsinə cavablarını təqdim ediblər. Bu barədə “Axios” Amerika və Ukrayna rəsmilərinə istinadən xəbər verib. "RBC-Ukrayna" mənbəsinə görə, Kiyev Vaşinqtona "yenilənmiş sülh planı" təqdim edib.
“Axios”-un məlumatına görə, Ukrayna Avropa müttəfiqləri ilə məsləhətləşmələr apardıqdan sonra Tramp administrasiyasına ABŞ-ın təkliflərinə ətraflı cavab verib. Ukraynanın baş danışıçısı Rustem Umerov cavabı ABŞ prezidenti Donald Trampın müşaviri və kürəkəni Cared Kuşnerə göndərib.
Ukrayna rəsmisinin sözlərinə görə, cavabda "hər şeyi həyata keçirə bilmək üçün" şərhlər və təklif olunan düzəlişlər yer alıb. O qeyd edib ki, Ukraynanın cavabında Rusiyanın ələ keçirdiyi Zaporojye Atom Elektrik Stansiyasının statusu və ərazilər məsələlərini həll etmək üçün yeni ideyalar var.
ABŞ və Ukraynanın yüksək rütbəli hərbi rəsmilərinin ABŞ-ın sülh planının konkret detallarını müzakirə etmək üçün dekabrın 11-də onlayn görüşəcəyi gözlənilir.
Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl ABŞ-dan böyük ərazi itkilərini nəzərdə tutan Donald Trampın 20 maddəlik sülh planını mümkün qədər tez qəbul etməsi tələbi ilə artan təzyiqlə üzləşmişdi.
"Financial Times" qəzetinin dekabrın 9-da verdiyi məlumata görə, ABŞ Ukraynaya sülh planına cavab vermək üçün "bir neçə gün" vaxt verib. Nəşrin mənbələrindən birinin sözlərinə görə, Tramp "Miladdan əvvəl" razılıq əldə etməyi ümid edir.
Almaz Həsənli
















.jpg)
.jpg)
.jpg)




















































.jpg)
.jpg)
.jpg)







