NATO Rusiyadan gələn qlobal dəniz təhlükəsinə qarşı indidən hazırlaşmalıdır
NATO Müdafiə Kollecinin tədqiqatçısı Endryu Monahan iddia edir ki, NATO Rusiyadan gələn qlobal dəniz təhlükəsinə qarşı indidən hazırlaşmalıdır. Onun sözlərinə görə, Şimali Atlantika Alyansı strateji çərçivəsini yenidən nəzərdən keçirməli və Rusiya ilə "Atlantik döyüşü"ndən və ya Avropadakı quru əməliyyatlarından kənara çıxacaq qarşıdurmaya hazırlaşmalıdır. Bu, TASS tərəfindən əldə edilən NATO Müdafiə Kollecinin (NDC) son icmalının nəticəsidir.
Sənədin müəllifi, NDC-nin tədqiqatçısı Endryu Monahan iddia edir ki, hərtərəfli dəniz dövlətinin inkişafı Moskvanın siyasətinin əsas xüsusiyyətidir. Ekspert qeyd edir ki, bu, ona geoiqtisadi rəqabət dövründə lider kimi mövqe tutmağa imkan verir.
"Bu, NATO-nun diqqətini yenilənmiş "Atlantik döyüşü"ndən və ya Şimal-Şərqi Avropadakı quru əməliyyatları ssenarilərindən kənara çıxararaq qlobal üfüqə malik çoxcəbhəli, çoxxidmətli Rusiya probleminə yönəldir", icmalda deyilir.
Alyans analitikləri icmalda həmçinin qeyd edirlər ki, böhran ssenariləri çox vaxt Baltik dənizindən Qara dənizlərinə qədər tək bir strateji istiqamətdə eskalasiyaya yönəlir.
Əziz Mustafa














.jpg)
.jpg)
.jpg)


































































