Ukraynanın Yanukoviçə 15 il həbs cəzası vermək qərarı qüvvəyə minib
Kiyev məhkəməsinin Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçə "dövlət sərhədindən qanunsuz şəxslərin keçirilməsini təşkil etmək və fərariliyə təhrik etmək" ittihamı ilə qiyabi olaraq 15 il həbs cəzası vermək qərarı qüvvəyə minib. Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat verib.
Ofisin Telegram kanalında dərc olunan məlumata görə, Kiyev Apelyasiya Məhkəməsi müdafiə tərəfinin apelyasiya şikayətlərini rədd edib. Yanukoviçə qarşı hökm Kiyevin Podolsk Rayon Məhkəməsi tərəfindən 28 apreldə çıxarılıb. Apelyasiya məhkəməsi artıq qüvvəyə minən qərarı qüvvədə saxlayıb.
Eyni iş üzrə məhkəmə Ukrayna Dövlət Qvardiyasının keçmiş rəis müavini və Prezident Təhlükəsizlik Xidmətinin rəisi Konstantin Kobzarı qiyabi olaraq 10 il həbs cəzasına məhkum edib. Baş Prokurorluq Kobzarın hökmünün də qüvvəyə mindiyini açıqladı.
Ukraynada 2014-cü ilin fevral ayında baş verən çevrilişdən sonra Yanukoviç, onun təhlükəsizlik xidmətinin əməkdaşları və hökumətin demək olar ki, bütün üzvləri ölkədən qaçmağa məcbur oldular. Ukraynalı müstəntiqlər bu epizodu "fərarilik" kimi təsnif etdilər.
Yanukoviç 2010-cu ildən 2014-cü ilə qədər Ukrayna prezidenti vəzifəsində çalışıb. 2019-cu ildə Kiyev məhkəməsi onu dövlətə xəyanət ittihamı ilə qiyabi olaraq 13 il həbs cəzasına məhkum edib. O, həmçinin başqa bir işdə - 2010-cu ildə Rusiya Qara Dəniz Donanmasının Sevastopoldakı bazasını genişləndirmək üçün Rusiya ilə müqavilə imzaladığına görə xəyanətdə ittiham olunub.
Əziz Mustafa



.jpg)
























.jpg)





















































