Aİ dondurulmuş Rusiya aktivləri ilə bağlı qərar qəbul edib

Aİ dondurulmuş Rusiya aktivləri ilə bağlı qərar qəbul edib

07:56
Bəyəndim (0) Bəyənmədim (0)


Avropa Birliyi dondurulmuş aktivlərdən 90 milyard avro götürməklə Ukraynanı maliyyələşdirəcək, eyni zamanda "Rusiya aktivlərindən istifadə hüququnu özündə saxlayır", - deyə Almaniya kansleri Fridrix Merz bildirib. Bu barədə TASS xəbər verir.

19 dekabrda Aİ sammitinin iştirakçıları Ukraynaya iki il müddətinə maliyyə yardımı göstərmək barədə razılığa gəliblər. Bu barədə Avropa Şurasının prezidenti António Kosta məlumat verib.

13 saatlıq müzakirədən sonra sammit iştirakçıları müzakirənin son nöqtəsinə - Belçikaya Rusiya aktivlərindən istifadə edərək Ukraynaya kredit vermək üçün zəmanət vermək planına keçiblər. Belçika Baş naziri Bart De Vever Aİ-dən bunun müqabilində "müəyyən məbləğlə məhdudlaşmayan zəmanətlər" verməsini tələb edib.

Daha əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Belçika Rusiyanın nüvə enerjisi ilə işləyən sualtı gəmisi Poseidon-un sınaqdan keçirilməsi zamanı yoxa çıxacaq. Medvedev beləliklə, onlayn izləyicilərindən birinin Belçikanın "qiyamət silahı" üçün sınaq meydançası kimi istifadə edilməsi təklifinə münasibət bildirib.

Əziz MUSTAFA