ABŞ Miqrasiya Polisi Minneapolisdə qadını güllələdi
Minneapolisdə ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) əməkdaşları avtomobildə gedən qadını güllələyiblər. Şəhər meri Ceykob Frey ICE-dən "buradan getməyi" tələb edib. ABŞ Prezidenti Donald Tramp isə miqrasiya polisini müdafiə edib.
“Associated Press”-in məlumatına görə, video yazılarda ICE zabitlərinin yolda dayanan bir yolsuzluq maşınına yaxınlaşdığı görünür. Xidmət əməkdaşı qapını açmağı tələb edib və qapı dəstəyindən yapışıb. Bu zaman avtomobil irəli hərəkət etməyə başlayıb. Maşının qarşısında dayanan əməkdaş silahını çıxarıb və sükan arxasında oturan qadına ən azı iki dəfə atəş açıb.
Minneapolis meri jurnalistlərə bildirib: "Mən ICE-ə müraciət edirəm: Minneapolisdən cəhənnəm olun. ICE əməkdaşları artıq bunu özünümüdafiə aktı kimi təqdim etməyə çalışırlar. Videoya baxdıqdan sonra hamıya birbaşa demək istəyirəm ki, bu tamamilə yalandır."
ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem bildirib ki, qadın ICE əməkdaşlarını "üstündən keçməyə çalışıb" və "onlardan birini vurub". Donald Trampın sözlərinə görə, qadın "müqavimət göstərdiyi, qəsdən və qəddar şəkildə" miqrasiya polisi zabitinin üstünə sürdüyü üçün güllələnib.
Güllələnmə yerində bir neçə onlarla yerli sakin toplanıb. Onlar "Utanc!" şüarları səsləndirir və ICE əməkdaşlarından şəhəri tərk etmələrini tələb edirlər.
Almaz Həsənli






.jpg)








.jpg)















































.jpg)
.jpg)
.jpg)















